Sığortalanmayan əmanətlərin taleyi necə olacaq?
Bu barədə Oxu.Az-a açıqlamasında kapital bazarları üzrə ekspert Cəfər İbrahimli bağlanan banklarda əmanətləri sığortalı olmayan vətəndaşların aqibəti necə olacaq sualına cavab olaraq bildirib.
“Bağlanma taixinə qədər manatda 12% və dollarda 3%-ə və cari hesablarda olan fiziki şəxslərin bu vəsaitləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən qısa müddətdə ödəniləcək, sonra bank aktivlərinin satılması və kreditlərin qaytarılması ilə banka daxil olan vəsaitlər Əmanətlərin Siğortalanması Fondunun vəsaitlinin geri qaytarılmasına yönəldiləcək.
Fondun vəsaiti tam ödənildikdən sonra məhkəmə tərəfindən təsdiq olunan plana uyğun olaraq, bankdan alacaqlı olan fiziki və hüquqi şəxslərin vəsaitlərinin ödənilməsi həyata keçiriləcək”, - deyə C.İbrahimli qeyd edib.
Bundan başqa, “Azcoll” kollektor şirkətinin rəhbəri Pərviz Məmmədov isə qeyd edir ki, əmanətləri sığortalı olmayan vətəndaşların banka yazılı müraciət edib müqavilə şərtini dəyişməsi tövsiyə olunur.
“Əgər bank sığorta olunan faiz dərəcəsi ilə müqaviləni dəyişməsə, o halda bankı məhkəməyə verib müqavilə şərtini məcburi dəyişmək lazımdır ki, əmanətiniz batmasın”, - deyə “Azcoll” kollektor şirkətinin rəhbəri qeyd edib.
Mənbə:> Oxu.Az