Bağlanan bankların əmanətləri dövlət büdcəsi hesabına qaytarılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bağlanan bankların əmanətləri dövlət büdcəsi hesabına qaytarılacaq

Bağlanan bankların əmanətləri dövlət büdcəsi hesabına qaytarılacaq

“Dörd bankda əhalinin 140 milyon 300 min manat məbləğində qorunan əmanəti dövlət vəsaitləri hesabına ödəniləcəyini əvvəlcədən söyləmək mümkündür.

Əmanətlərin Siğortalanması Fondunda bu vəsait olmasa belə, əmanətlər 100% siğortalandığı üçün Mərkəzi Bank və dolaysı ilə dövlət büdcəsi hesabına bu vəsaitlər ödəniləcək”.

Oxu.Az-ın məlumatına görə, bu barədə kapital bazarları üzrə ekspert Cəfər İbrahimli bildirib.

“Başqa bir məqama da diqqət etmək lazımdır. Əhalinin əmanətləri ödəniləcək, ancaq banklarda cari hesab və əmanət hesabında qalan və iqtisadiyyat üçün daha böyük əhəmiyyət kəsb edən 100-lərlə şirkətin vəsaitləri ödənilə bilməyəcəyini, bu vəziyyətin şirkətlərin maliyyə vəziyyətinə və likvidliyinə ciddi təsir edəcəyini nəzərə alsaq, məsələ o qədər də sadə deyil”, - deyə o qeyd edib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *