Neft Fondu daşınmaz əmlakdan icarə gəlirlərini açıqladı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Neft Fondu daşınmaz əmlakdan icarə gəlirlərini açıqladı

Neft Fondu daşınmaz əmlakdan icarə gəlirlərini açıqladı

Oxu.Az Fondun 2015-ci il üzrə hesabatına istinadən xəbər verir ki, ötən ilin avqust ayında SOFAZ Tokionun ən məşhur ticarət ərazisi sayılan Çou avenyuda yerləşən Kirarito Ginza ticarət tipli daşınmaz əmlakının 98% hissələrini alıb.

Binanın satıcısı qismində “GK John SPC” çıxış etmiş və alış qiyməti 52,3 milyard yen olmuşdur. “Mitsubishi UFJ Trust and Banking Corporation” daşınmaz əmlakın qalan 2%- nin sahibi və həm də binanın idarəetmə şirkətidir.

Kirarito Ginzanın tikintisi 2014-cü ilin may ayında başa çatıb və 16 581,94 m2 ümumi sahəsi olmaqla 12 yerüstü və 3 yeraltı mərtəbədən ibarətdir. Bina 47 icarədara icarəyə verilib. Alış zamanı binada orta icarə müddəti 7 il olub.

2015-ci ilin sonuna SOFAZ-ın daşınmaz əmlak portfeli London, Paris, Moskva, Seul və Tokio şəhərlərində yerləşən 5 aktivdən ibarət olmuşdur. 2015-ci ildə qeyd olunan aktivlər üzrə illik icarə gəlirləri aşağıdakı kimidir:

- London, 78 Seynt Ceyms küçəsi - 9 milyon 648 min 48 ingilis funt sterlinqi;

- Paris, Vendom Meydanı 8 - 5 milyon 860 min 400 avro;

- Moskva, Tverskaya 16 (Qalereya Aktyor binası) - 349 milyon 659 min 436 rubl;

- Seul, Payn Avenyu Tauer A - 31 milyard 71 milyon 645 min 406 Koreya vonu;

- Tokio, Kirarito Ginza - 722 milyon 169 min 920 yapon yeni.

2015-ci ildə Qalereya Aktyor binasının ticarət mərkəzi hissəsinin yenidən qurulması prosesi davam etdirilib. Yenidənqurma işləri nəticəsində icarə gəlirlərində azalmaları və kapital xərclərində artımı nəzərə alaraq, 2015-ci ildə xalis gəlirlilik 2014-cü ilə nisbətən aşağı olub.

2015-ci ildə SOFAZ-ın törəmə şirkəti olan Tverskaya 16 OAO və dünyanın məşhur şirkətlərindən biri arasında Qalereya Aktyor binasının ticarət mərkəzi hissəsinin istifadəsi üzrə uzunmüddətli icarə müqaviləsi bağlanılıb.

Şirkət binanın ticarət mərkəzi hissəsini yenidənqurma işləri tamamlandıqdan sonra, 2017-ci ilin mart ayından başlayaraq istifadə edəcəkdir. 2015-ci ilin sonunda portfeldə yer alan aktivlər müstəqil qiymətləndirmə şirkətləri tərəfindən qiymətləndirilib.

Qiymətləndirmənin nəticələri və aktivləri qiymətləndirən şirkətlər aşağıdakı kimidir:

- London 78 Seynt Ceyms küçəsi. “Knight Frank LLP”. - 217 milyon ingilis funt sterlinqi dəyərində qiymətləndirilib.

- Paris Vendom Meydanı 8. “BNP Paribas Real Estate”. - 164 milyon 610 min avro dəyərində qiymətləndirilib.

- Moskva Tverskaya 16 (Qalereya Aktyor binası). “Cushman & Wakefield”. - 5 milyard 400 milyon rubl dəyərində qiymətləndirilib.

- Seul, Payn Avenyu Tauer A. “Kyungil Appraisal”. - 492 milyard 100 milyon Koreya vonu dəyərində qiymətləndirilib.

- Tokio, Kirarito Ginza. “Daiwa Real Estate Appraisal”. - 5 milyard 260 milyon yapon yeni dəyərində qiymətləndirilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *