SOFAZ-ın Moskvadakı ticarət mərkəzini H&M icarəyə götürdü » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

SOFAZ-ın Moskvadakı ticarət mərkəzini H&M icarəyə götürdü

SOFAZ-ın Moskvadakı ticarət mərkəzini H&M icarəyə götürdü


H&M geyim holdinqi Tverskayada “Qalereya Aktyor”un 5,8 min kv.metrini icarəyə götürüb, RBK razılaşma tərəflərindən birinə yaxın olan mənbəyə istinadən məlumat yayıb.

Oxu.Az xəbər verir ki, univermaqda rekonstruksiya işlərindən sonra indiyə qədər Rusiyada təqdim edilməmiş brendlər satışa çıxarılacaq.

Mənbə bildirib ki, “Qalereya Aktyor” kompleksi Azərbaycan Respublikasının Dövlət Neft Fonduna (SOFAZ) məxsusdur, H&M şirkətinə kompleksin 5,8 min kv.metri, yəni bütün ticarət hissəsi 32 il müddətinə icarəyə verilib.

Bu məlumatı üç beynəlxalq konsaltinq şirkətinin nümayəndələri təsdiqləyib.

Qeyd edilir ki, Y Consulting şirkətinin baş direktoru Darya Yadernaya uzunmüddətli müqavilənin bağlandığını təsdiqləyib.

Amma “H&M Rossiya” şirkətinin kommunikasiya üzrə direktoru Yekaterina Prosvirkina və Cushman&Wakefield, “Qalereya Aktyor”un idarəçisi şərh verməkdən imtina ediblər.

SOFAZ-ın mətbuat xidmətindən sorğuya cavab verilməyib.

Daha öncə məlum olub ki, H&M, Zara və Mango Rusiya sanksiyalarına görə Türkiyədən istehsalı köçürə bilərlər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *