Məşhur aktyor səfir oldu
Əslən Honq-Konqdan olan dünya şöhrtəli aktyor Ceki Çan Sinqapurda narkotiklərlə mübarizə üzrə xoşməramlı səfir təyin olunub. Oğlu Ceysinin narkotik maddələrə aludəçiliyi ilə gündəmə gələn məşhur aktyor səfir olmağı özü istəyib.
"Narkotiklə mübarizə aparmaq hər birimizin borcudur. Mən supermen deyiləm. Gəlin bunu birlikdə edək, təkcə Ceki etməsin. Media, hökumət, valideynlər, məktəblər, hər kəs birlikdə narkotikə yox desin. Heç vaxt ağlıma gəlməzdi ki, mənim ailə üzvlərimin başına belə bir hadisə gələ bilər. Amma təəssüf ki, hər şey göz qabağındadır və bu bizdən o qədər də asılı deyil" - Ceki Çan belə deyib.
Ulduz gənclərə narkotik maddələrdən uzaq durmağı tövsiyə edib və ömrünün sonuna qədər buna qarşı mübarizə aparacağını bildirib.
Mənbə:> ANSPRESS