Antalyada hotellərin yarısı boş qalıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Antalyada hotellərin yarısı boş qalıb

Antalyada hotellərin yarısı boş qalıb


Türkiyənin turizm şəhərlərindən biri olan Antalyada hotellərin dolma səviyyəsi cari ilin may ayında ötən ilin anoloji dövrü ilə müqayisədə 9,4% aşağı düşərək 57,8% olub.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Hotelçilər Federasiyası məlumat yayıb.

Orta hesabla hotellərdə otaqların qiyməti isə 31,9% aşağı düşərək 66,4 avro (təxmini 73 dollar - red.) olub.

Cari ilin yanvar-may aylarında hotellərin dolma nisbəti 49,3% olub. Bu nisbət ötən ilin analoji dövründə 50,7% idi. Bu dövrdə Antalyadakı bir otağa görə əldə edilən gəlir isə 36,1 avrodan 29,8 avroya (təxminən 34 dollar - red.) düşüb.

Ümumilikdə isə Türkiyədə hotellərin dolma nisbəti cari ilin may ayında ötən ilin anoloji dövrü ilə müqayisədə 19,1% aşağı düşərək 56,5% təşkil edib.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *