Noyabrda Türkiyəyə gedən azərbaycanlıların sayı açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Noyabrda Türkiyəyə gedən azərbaycanlıların sayı açıqlandı

Noyabrda Türkiyəyə gedən azərbaycanlıların sayı açıqlandı


2015-ci ilin noyabr ayında Azərbaycandan Türkiyəyə 38 391 nəfər səfər edib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 9318 nəfər və ya 19,53% azdır.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat Türkiyə Turizm Nazirliyinin 2015-ci ilin noyabr ayı üzrə hazırladığı statistikada yer alıb.

Qeyd edək ki, 2013-cü ilin noyabr ayında Azərbaycandan Türkiyəyə 49 684 nəfər, 2014-cü ilin anoloji dövründə 47 709 nəfər ziyarət edib.

Onu da əlavə edək ki, təkcə noyabr ayında Gürcüstandan Türkiyəyə isə 156 588 nəfər turist gedib, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 26 283 nəfər və ya 20,17% çoxdur.

Ümumilikdə isə, Türkiyəyə ziyarət edən əcnəbilərin sayı noyabrda 0,53% azalaraq 1,72 milyon nəfərə düşüb.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *