Azərbaycanın Böyük Britaniya ilə ticarəti artıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycanın Böyük Britaniya ilə ticarəti artıb

Azərbaycanın Böyük Britaniya ilə ticarəti artıb


2015-ci ilin 5 ayı ərzində Azərbaycandan Böyük Britaniyaya 4 milyon 398 min dollar dəyərində məhsul ixrac edilib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 1 milyon 375 min dollar və ya 45,50% artım deməkdir.

Oxu.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ölkənin Azərbaycanın 2016-ci ilin yanvar-may ayları ərzində ümumi ixracda payı isə cəmi 0,14% təşkil edib.

Analoji dövrdə Azərbaycana Böyük Britaniyadan 209 milyon 428 min dollar dəyərində məhsul idxal edilib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 15,58% artım deməkdir.

Bu ölkənin Azərbaycanın 2016-ci ilin ilk 5 ayında ümumi idxalda payı isə 6,29% olub.

Qeyd edək ki, ötən ilin 5 ayında Azərbaycandan Böyük Britaniyaya 3 milyon 22 min dollar dəyərində məhsul ixrac edilib. Bu ölkədən idxalın həcmi isə 209 milyon 428 min dollar olub.

Öz növbəsində, iqtisadçı-ekspert Rövşən Ağayev qeyd edib ki, Azərbaycan Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ildə Böyük Britaniyaya ixrac cəmi 10,7 milyon dollar olub.

Bu, bütün ixracımızın 0,09%-i deməkdir. Britaniyadan Azərbaycana idxal isə 553 milyon dollar göstərilib. Bu isə bütün idxalımızın 6%-i anlamına gəlir.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *