Xoşbəxt Yusifzadə: Azərbaycan dünyaya 412 milyon ton neft satıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Xoşbəxt Yusifzadə: Azərbaycan dünyaya 412 milyon ton neft satıb

Xoşbəxt Yusifzadə: Azərbaycan dünyaya 412 milyon ton neft satıb


Əgər 2016-ci ilin iyunun 1-dək dünya bazarlarına 412 milyon ton Azərbaycan nefti çıxarılıbsa, bunun 304 milyon tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib.

X.Yusifzadənin sözlərinə görə, BTC təklif ediləndə çoxları onun lazım olmadığını, neftin Bakı-Supsa, Bakı-Novorossiysk kəmərləri ilə nəql oluna biləcəyini deyirdi:

“Amma bu kəmərlə 304 milyon ton neft nəql edilib, BTC olmasa, indi nə baş verə bilərdi?”.

Onun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” yatağının karbohidrogen ehtiyatı yalnız məhsuldar qatın 3 şöbəsi ilə məhdudlaşmır.

“Vaxtilə burda qazdığımız 8 axtarış qazma qurğusundan əldə edilmiş nəticələr hasilatın pay bölgüsü sazişinə daxil olmayan məhsuldar qatın alt şöbəsinin karbohidrogen potensialını 233 milyard kubmetr qaz, 44 milyon ton neft kondensat həcmində qiymətləndirməyə imkan vermişdi. Hazırda bu ehtiyatların işlənilməyə cəlb edilməsi layihələri ilə bağlı işlər aparılır”.

X.Yusifzadə bildirib ki, “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin iyununda ehtiyatı bu günə 1,2 trilyon kubmetr qazdan 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi, “Şahdəniz” qaz layihəsinin davam etdirilməsi Azərbaycanı dünyada qaz ixrac edən ölkə kimi də tanıtdırdı.

“Hazırda “Şahdəniz” yatağında 8 işləyən quyudan orta hesabla 30 milyon kubmetr qaz və 7 min tondan çox kondensat hasil edilir. 2015-ci ildə burada 9,9 milyard kubmetr qaz, 2,5 milyon ton kondensat, bu ilin 5 ayı ərzində isə 4,5 milyard kubmetr qaz və 1 milyon tona qədər kondensat çıxarılıb. İşlənilmənin əvvəlindən “Şahdəniz” yatağından 72 milyard kubmetr qaz və 16 milyon ton kondensat hasil edilib”, - deyə o bildirib.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *