AZAL-ın borcu 650 milyonu ötdü
Azərbaycan Hava Yolları QSC-nin (AZAL) dövlət zəmanəti altında cəlb edilən borclarının həcmi 650 milyon manatı ötür.
Trend-in məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında AZAL-ın aviaparkının yenilənməsi zərurəti barədə bəzi deputatların bəyanatlarına cavab verərkən deyib.
Onun sözlərinə görə, bu vəsaitlər yeni təyyarələrin alınması üçün nəzərdə tutulub.
S.Şərifov qeyd edib ki, AZAL-ın dəstəklənməsi hökumətin həmişə diqqət mərkəzindədir:
"QSC hökumətdən mütəmadi olaraq müxtəlif yardımlar alır".
Mənbə:> Trend