AZAL-ın bütün beynəlxalq aviareysləri bir saat tez uçacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

AZAL-ın bütün beynəlxalq aviareysləri bir saat tez uçacaq

AZAL-ın bütün beynəlxalq aviareysləri bir saat tez uçacaq


Nazirlər Kabinetinin yay vaxtına keçidin ləğv olunması ilə bağlı qərarı ilə əlaqədar olaraq 27 mart 2016-cı il tarixindən etibarən “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin uçuş cədvəlinə düzəliş olunacaq.

Bu barədə AZAL-dan Oxu.Az-a bildirilib.

Təyinat məntəqələrinə nəzərdə tutulan vaxtda çatmaq və vaxtında transfer məqsədilə, AZAL aviaşirkətinin bütün beynəlxalq aviareysləri Azərbaycanın hava limanlarına/hava limanlarından artıq alınmış aviabiletlərdə göstərilən vaxtdan bir saat tez uçacaq.

Heydər Əliyev Beynəlxalq Aeroportu AZAL-ın martın 26-dan sonra olan reyslərinə aviabilet alan bütün sərnişinlərdən aviabiletdə göstərilən uçuş vaxtından 3 saat öncə qeydiyyat üçün hava limanına gəlməyi xahiş edir.

AZAL-ın bütün qurumları sərnişinlərin vaxtında təyyarəyə minməsini təmin etmək üçün gücləndirilmiş rejimdə işləyəcək.

Hər hansı bir sual yarandığı təqdirdə, (+99412) 598-88-80 və ya *8880 telefon nömrələri ilə əlaqə saxlamaq və ya callcenter@azal.az e-mailinə yazmaq xahiş olunur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *