Sərnişinlər AZAL-ı baykot edir – TƏYYARƏLƏR BOŞ UÇUR
“Azərbaycan Hava Yolları”nın QSC (AZAL) uğursuz qiymət siyasəti vətəndaşların etirazına səbəb olub.
Manatın devalvasiyasından sonra qiymətlərdə heç bir endirim etməyən AZAL-ın bilet satışı zəifləyib. Buna səbəb şirkətin bilet satışını avro ilə həyata keçirməsidir. Nəticədə isə ödənişi manatla edən sərnişinlər üçün onsuzda baha olan biletlərin əvvəlki qiymətlərə nisbətən daha da bahalaşmasıdır.
Artıq şirkətin İstanbul-Bakı-İstanbul reyslərindən istifadə edən sərnişinlərin sayı kütləvi şəkildə azalıb.
AZAL-ın məhz İstanbul-Bakı-İstanbul reysi ilə uçuş həyata keçirən təyyarəsindən çəkilən görüntülərdən də göründüyü kimi, təyyarənin 3/1 hissəsi dolub və bu da şirkətin yaxın günlərdə maliyyə böhranı ilə üzləşəcəyini deməyə əsas verir.
Mənbə:> Editor.az