AZAL-dan şad xəbər
"Azərbaycan Hava Yolları" QSC (AZAL) rus rublunun məzənnəsinin azalması səbəbindən Rusiya şəhərlərinə aviabiletlərin qiymətini qaldırmağı planlaşdırmır.
Bunu AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli Rusiya KİV-lərinin beynəlxalq istiqamətlərdə uçuş qiymətinin 3-5 faiz artırılması ehtimalı barədə yaydıqları məlumatı şərh edərkən deyib.
Onun sözlərinə görə, AZAL-ın hələ belə planı yoxdur: "Biz biletləri əvvəlki qiymətə satacağıq".
Xatırladaq ki, Bakı-Moskva-Bakı aviabiletinin qiyməti 380,59 manatdır.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankının çərşənbə gününə müəyyən etdiyi məzənnəyə əsasən, avronun rubla nisbətdə rəsmi məzənnəsi 57,0494 rubldur, dolların məzənnəsi isə 45,9520 rubladək artıb.
Mənbə:> Trend