Azərbaycanın əsas ticarət tərəfdaşı Avropadır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycanın əsas ticarət tərəfdaşı Avropadır – STATİSTİKA

Azərbaycanın əsas ticarət tərəfdaşı Avropadır


2016-cı ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 140 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 87 ölkəyə məhsul ixrac olunub, 130 ölkədən idxal olunub.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a bildirilib.

Komitədən verilən məlumata görə, cari ilin I rübündə 955,7 milyon dollarlıq müsbət saldo (yəni, xaricə satdığımız, xaricdən aldığımızdan çoxdur - red.) yaranıb:

“Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 4 milyard 607,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 2 milyard 781,6 milyon dollar, idxalın dəyəri 1 milyard 825,9 milyon dollar təşkil edib, nəticədə 955,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb”, - deyə komitədən qeyd olunub.

Ticarət dövriyyəsinin 43,7%-i Avropa İttifaqı ölkələri, 9,2 %-i MDB üzvü dövlətləri, 47,1 %-i isə dünyanın digər ölkələrinin payına düşüb.

İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi, bitki yağları üstünlük təşkil edib.

Bundan başqa, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, qara metallardan hazırlanan məmulatlar, ərzaq məhsulları, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi daha çox olub.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *