Qızılın qiyməti artdı
Neftin qiymətində yenidən artım müşahidə olunub. ANS PRESS-in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, Brent və Layt markalı neftlərin qiyməti artıb. İCE qitələrarası fond birjasında Brent markalı neftin bir bareli 1.62 dollar bahalaşaraq 47.21 dollar olub. Layt markalı neftin bareli isə 1.17 dollar artaraq 45,87 dollara çatıb. AzəriLayt markalı neftin bareli bir qədər ucuzlaşaraq 46,24 dollarda qalıb.
ABŞ Energetika nazirliyi bildirib ki, 2016-cı ilin sonuna neftin bir barreli 50 dollara qədər qalxa bilər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu bəyanatla Energetika nazirliyinin rəsmisi Adam Syeminski çıxış edib.
Növbəti ilin əvvəlində artıq neftin bir barrelinin qiyməti 50 dollar olacağını qeyd edən Syeminski, indiki qiymətlərin ortalama 45 dollar olduğunu deyib.
Energetika nazirliyi bu artımın səbəblərinin müxtəlif olduğunu qeyd edib. İqtisadi göstəricilərin müsbət yöndə dəyişməsin, təchizatdakı axsamaların neftin qiymətinə təsir etdiyini bildirən nazirlik rəsmisi həmçinin ABŞ-dakı neft hasilatının aşağı düşdüyünü bildirib.
Əlvan metalların qiymətində isə bahalaşma müşahidə edilir. "Bloomberg"in məlumatına görə, qızılın bir qramı bir 37 sent artaraq 41,15 dollar olub. Platinin bir qramı 34.30 dollar, palladiumun qramı isə 93 sent artaraq 19,64 dollara çatıb. Gümüşün qiyməti də bir qədər bahalaşaraq 0,57 dollarda qərarlaşıb.
AMB-dən ANS PRESS-ə verilən məlumata görə, 12.05.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi azalaraq 1,551 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində dəyişiklik qeydə alınmayıb. Avro bir qədər artaraq 1.7687 manat, Rusiya rublu 0.0219 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqin satış dəyəri 2.2565 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5318 AZN dəyərində müəyyənləşib.
Mənbə:> ANSPRESS