Neft son 2 gündə durmadan bahalaşır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Neft son 2 gündə durmadan bahalaşır

Neft son 2 gündə durmadan bahalaşır


Neftin qiymətində yenidən artım müşahidə olunub. ANS PRESS-in "Bloomberg"ə istinadən verdiyi məlumata görə Brent və Layt markalı neftlərin qiyməti artıb. İCE qitələrarası fond birjasında Brent markalı neftin bir barreli 2,2 dollar bahalaşaraq 45,59 dollar olub. Layt markalı neftin barreli isə 93 sent artaraq 44,70 dollara çatıb. AzəriLayt markalı neftin barreli üçün olan qiymət isə dəyişməyərək 46,93 dollarda qalıb.

Əlvan metalların qiymətində isə cüzi bahalaşma müşahidə edilir. "Bloomberg"in məlumatına görə, qızılın bir qramı bir 7 sent artaraq 40,78 dollar olub. Platinin bir qramı 33,96 dollar, palladiumun qramı isə 40 sant artaraq 18,71 dollara çatıb. Gümüşün qiyməti də bir qədər bahalaşaraq 0,56 dollarda qərarlaşıb.

AMB-dən ANS PRESS-ə verilən məlumata görə, 10.05.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5094 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində dəyişiklik qeydə alınmayıb. Avro 1.7168 manat, Rusiya rublu 0.0227 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqin dəyəri 2.1866 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5146 AZN dəyərində müəyyənləşib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *