Neftin və dolların bu günə qiyməti
Həftəyə ucuzlaşma ilə başlayan neft qiymətində növbəti gün də düşüş müşahidə edilib. ANS PRESS-in məlumatına görə, dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti ucuzlaşaraq hazırda 45,14 dollarda qərarlaşıb.
“WTI” markalı neftin qiymətində də ucuzlaşma hiss olunur. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 43,80 dollarda qərarlaşıb.
Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə ötən həftənin sonunda 47,94 dollar təşkil edib.
Əlvan metalların qiymətində cüzi ucuzlaşma müşahidə edilir. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 41,41 dollar olub. Platinin 1 qramı 34,19 dollar, palladiumun 1 qramı isə 19,50 dollara çatıb. Gümüşün qiyməti də cüzi ucuzlaşaraq 1 qram üçün 0,56 dollarda qərarlaşıb.
AMB-dən verilən məlumata görə, 03.05.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5066 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində cüzi bahalaşma qeydə alınıb. Avro 1.7377 manat, Rusiya rublu bahalaşaraq 0.0232 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.2115 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.537 AZN dəyərində müəyyənləşib.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 04.05.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5094 səviyyəsində müəyyən olunub.
Mənbə:> ANSPRESS