Neftin və dolların bu günə qiyməti » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Neftin və dolların bu günə qiyməti

Neftin və dolların bu günə qiyməti


Həftəyə ucuzlaşma ilə başlayan neft qiymətində həftə sonu bahalaşma müşahidə olunur. ANS PRESS-in məlumatına görə, dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti bir qədər bahalaşaraq hazırda 45,32 dollar olub.

“WTI” markalı neftin qiymətində də cüzi bahalaşma hiss olunur. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 44,66 dollar olub.

Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,97 dollar bahalaşaraq 46,68 dollar təşkil edib.

Əlvan metalların qiymətində cüzi bahalaşma müşahidə edilir. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər bahalaşaraq 41,61 dollar olub. Platinin 1 qramı 34,72 dollar, palladiumun 1 qramı isə 19,55 dollara çatıb. Gümüşün qiyməti də cüzi bahalaşaraq 1 qram üçün 0,56 dollarda qərarlaşıb.

AMB-dən verilən məlumata görə, 06.05.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5100 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində cüzi ucuzlaşma qeydə alınıb. Avro 1.7220 manat, Rusiya rublu bahalaşaraq 0.0228 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.1866 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5146 AZN dəyərində müəyyənləşib.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 10.05.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5094 səviyyəsində müəyyən olunub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *