ABŞ-da buruqların sayı rekord həddə qədər azaldılıb
ABŞ-da neft-qaz sənayesində buruqların sayı bir il bundan əvvəlki göstəricilərlə müqayisədə iki dəfə azaldıdlıb.
Oxu.Az xəbər verir ki, bu barədə neft sənayesi şirkəti “Baker Hughes” məlumat yayıb.
Məlumata görə, hazırda ABŞ-da 415 neft və qaz kəşfiyyatı buruğu işləyir. Bir il öncə onların sayı 894 idi.
ABŞ-da neft kəşfiyyatının pik həddi 1981-ci ildə olub, həmin dövrdə göstərici 4,5 mindən ibarət olub.
Buruqların sayının azaldılması enerji resurslarının qiymətinin ucuzlaşması və artıq yoxlanılmış yataqların sayının çoxluğu ilə izah edilir.
Mənbə:> Oxu.Az