Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 10% azalıb
Cari illin birinci rübündə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 10,4% azalıb.
Oxu.Az a1plus.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Xidməti hesabat yayıb.
Ermənistanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsində 3,2% azalma müşahidə olunub. Nəticədə, Ermənistanın xarici ticarətinin ümumi strukturunda Rusiyanın payı 24,7%-dək azalıb, Aİ-nın payı isə artaraq hazırda 25,1% təşkil edir.
Hesabata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə birinci rübdə Rusiyadan Ermənistana idxalın həcmi 2,2 dəfə artaraq 67,7 mln. ABŞ dolları təşkil edib.
Mənbə:> Oxu.Az