Rusiyanın İrəvana "atalıq" dövrü bitir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Rusiyanın İrəvana "atalıq" dövrü bitir

Rusiyanın İrəvana "atalıq" dövrü bitir


Rusiyadan bu ilin aprel ayında Ermənistana daxil olan vəsaitin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 35% azalıb və 70,4 milyon dollar təşkil edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Mərkəzi Bankı açıqlama yayıb.

Bildirilir ki, bu ilin aprelində Rusiyadan Ermənistanın qeyri-kommersiya təşkilatlarının və fiziki şəxslərin adına bank vasitəsilə daxil olmuş vəsaitlərin həcmi xeyli azalıb. Hesabat dövrü üzrə respublikadan Rusiyaya köçürmələrin ümumi həcmi isə 73,4% olub. Aprel ayında Ermənistandan Rusiya Federasiyasına pul vasitələrinin axını keçən ilin eyni dövrü ilə müqayisədə 11,6% azalaraq 26,8 milyon dollar təşkil edib. Beləliklə, Rusiyadan Ermənistana son üç ayda şəxsi daxil olmaların pul axını 40,2% azalıb və 54,4 milyon dollara çatıb.

Daha əvvəl bildirilirdi ki, 2015-ci ilin martında Rusiyadan Ermənistana daxil olmuş şəxsi ötürmələr təxminən 59,4 milyon dollar təşkil edib və bu, ötən ilin martı ilə müqayisədə 40,2% azalma deməkdir. Ümumiyyətlə, respublikaya daxil olan fərdi vəsait köçürmələrinin ümumi həcmində Rusiyanın payı təqribən 70,7% təşkil edib.

Yerli ekspertlər bunu faciəvi hal adlandırıblar. Onların fikrincə, iqtisadi bataqlıqda boğulan İrəvan üçün Rusiyanın "atalıq" dövrü başa çatdı.

Beləliklə, taleyini Moskvaya bağlayanların ümidi tam kəsilir. Rusiyada iqtisadi vəziyyətin çətinləşdiyini görən ermənilər indi əl-ayağa düşüblər və dilənmək üçün dabanlarına tüpürüb qaçırlar. Erməni "başbilənləri" isə Moskvanı talayandan sonra indi Avropaya, ABŞ-a üz tutur, ənənəvi olaraq yalvarış, ağlaşma siyasətlərini işə salıblar. Elə bu minvalla onlar amerikalı ermənilərin vasitəsilə Konqresdən batıb gedən İrəvan üçün 40 milyon dollar yardım alsınlar. Bunun üçün konqres üzvlərinin ələ alınmasına da ciddi cəhd göstərilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *