Ermənistan batır
Ermənistan ötən ay ticarət dövriyyəsi 6,4% azalıb. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumatına görə, bunu Ermənistan Dövlət Statistika Komitəsi etiraf edib.
Rəsmi hesablamalara görə, 2013-ci illə müqayisədə ölkədə iqtisadi fəallıq 2,5% azalıb. Bu isə göstərir ki, son iki il ərzində Ermənistan sənayesində ciddi geriləmə olub.
Ermənistanda pərakəndə əmtəə dövriyyəsi və avtomobillərin satışında da kəskin azalma müşahidə olunur. Pərakəndə əmtəə dövriyyəsində azalma hər ötən ay davam edir. Yəni, bu ölkədə malların satışının həcmi ciddi şəkildə azalmaqdadır.
İqtisadi vəziyyətin gərgin olduğu Ermənistanda elektrik enerjisinin istehsalı da azalıb. Son bir ayda bu azalma 12,9%-ə qədər yüksəlib. Bu azalma ermənilərin könüllü təşəbbüsü ilə bağlı deyil. Ölkədə son illər ərzində enerji tariflərinin kəskin artması və əhalinin həyat səviyyəsinin pisləşməsi vətəndaşları qənaət etməyə məcbur edir.
Mənbə:> ANSPRESS