Ekspertlər neftin qiyməti ilə bağlı yeni proqnoz verdilər » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Ekspertlər neftin qiyməti ilə bağlı yeni proqnoz verdilər

Ekspertlər neftin qiyməti ilə bağlı yeni proqnoz verdilər


Neftin qiymətinin yanvar minimumları ilə müqayisədə 70% artması bazarda ötən il baş verənləri xatırladır.

Oxu.Az xəbər verir ki, bu barədə Bloomberg agentliyinə Commerzbank, BNP Paribas və UBS Group-un nümayəndələri bildiriblər.

Həmin ilin yaz aylarında Brent markalı neftin qiyməti bir barrelə görə 68 dollara qədər qalxmışdı, lakin mayda bu trendin imkanları tükəndi.

Ekspertlərin fikrincə, artıq yaxın həftələrdə qiymətlər bir barrelə görə 30 dollar göstəricisinə qayıda bilər.

“2015-ci illə təhlükəli paralellər mövcuddur. Bazar artıq dolub, korreksiya isə gecikib”, - deyə Commerzbankın nümayəndəsi Eugen Vaynberq agentliyə bildirib.

Bloomberg qeyd edir ki, qiymətlərin qalxmasına Nigeriya, İraq və Küveytdə neft sahəsinin işçilərinin tətili ilə bağlı olan qeyri-sabit vəziyyət təsir göstərib.

Fransız bankında hesab edirlər ki, neftin qiymətinin aşağı həddə saxlanılması Amerika istehsalçılarını məhv edə bilərdi.

“Neft kotirovkalarının bahalaşması nazik buz qatı üzərində hərəkətə bənzəyir”, - deyə UBS-nin analitiki Covanni Staunovo razılaşıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *