Kənd Təsərrüfatı Nazirliyinin üç müəssisəsi ləğv olundu
Göygöl rayonundakı “Ətlik-maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” MMC, “Camışlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” MMC və “Bağmanlar taxıl toxumçuluğu üzrə Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” MMC birləşib.
Bu barədə Oxu.Az “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, MMC-lərin bazasında Kənd Təsərrüfatı Nazirliyinin “Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC yaradılıb.
Bununla əlaqədar olaraq yuxarıda adları çəkilən MMC-lərin kreditor borcları və digər hüquqi və fiziki şəxslərə olan borcları barədə Kənd Təsərrüfatı Nazirliyində yaradılmış ləğvetmə komissiyasına 60 gün ərzində müraciət etmələri xahiş olunur.
Mənbə:> Oxu.Az