Heydər Əsədov: "Yarmarkalar mane olurdu..."
Kənd Təsərrüfatı Nazirliyi Bakıda kənd təsərrüfatı yarmarkalarının fəaliyyətinin dayandırılmasının səbəblərini açıqlayıb.
Kənd təsərrüfatı naziri Heydər Əsədov mətbuat konfransında bildirib ki, yarmarkaların fəaliyyəti onların keçirildiyi rayonlarda iş və mənzil şəraitlərinə müəyyən əngəllər yaradırdı.
Onun sözlərinə görə, bu məsələ üzrə paytaxtın bir neçə rayonunun sakinlərindən Bakı Şəhər İcra Hakimiyyətinə şikayətlər daxil olurdu: "İcra Hakimiyyəti bizə belə yarmarkaların fəaliyyətinin dayandırılması barədə xahişlə müraciət etdi və monitorinq keçirərək onların təşkili üçün digər zonaların müəyyənləşdirilməsini təklif etdi. Bu məsələ üzrə yekun qərar hələ yoxdur. Lakin gələcəkdə yarmarkalar yenidən keçiriləcək".
Mənbə:> Virtualaz.org