Yarmarkaları niyə bağladılar? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Yarmarkaları niyə bağladılar?

Yarmarkaları niyə bağladılar?


Vəbər verdiyimiz kimi, uzun illərdir Bakıda təşkil olunan kənd təsərrüfatı məhsullarının satıldığı yarmarkalar bağlanıb. Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, yarmarkaların yenidən təşkil olunması üçün hazırda Bakı Şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparılır.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Xətai, Nəsimi, Yasamal, Nərimanov, Səbayel və Binəqədi rayonlarında kənd təsərrüfatı yarmarkaları fəaliyyətini dayandırıb. Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırovun ANS PRESS-ə verdiyi məlumata görə, yarmarkalar şəhərin mərkəzindən yığışdırılıb. Yarmarkalar şəhərin estetik görkəminin yaxşılaşdırılması məqsədilə dayandırılıb.

“Hazırda şəhərin bəzi yerlərində həmin yarmarkalar var. Lakin mərkəzdəki yarmarkaları bağlamışıq. Bakıya turistlər gələcək. Şəhərin görkəmini pis görməsin deyə, abadlaşdırma işləri aparılır”, - deyə Əliabbas Bağırov bildirib.

Qurum rəsmisinin sözlrinə görə, yarmarkaların bağlanmasına səbəblərdən biri də, orada banan və kivi kimi xarici məhsulların satılmasıdır: “Əslində yarmarkalar yerli fermerlərin məhsullarını birbaşa istehlakçılara çatdırılması üçün qurulub. Lakin bir çoxunda alverçilər xarici məhsuları gətirib satırdılar. Gələcəkdə yaradılacaq yarmarkalarda buna imkan verilməyəcək. Hazırda şəhərin kənar yerlərində yarmarkalar fəaliyyət göstərir. Orada da xarici məhsulların satılmasına imkan verilməyəcək”.

Yarmarkaların bağlanması ilə kənd təsərrüfatı məhsullarının satıldığı bazarlarda qiymət artımı müşahidə olunur. Alıcılar və ekspertlər bazarlarda təxminən 15-20 faiz qiymət artımınn olduğunu bildirirlər.

Məsələn, Biləcəri bazarında kartof-soğan, pomidor-xiyar, alma, armud və digər məhsulların da qiymətində az da olsa artım olub. Cavid adlı satıcı deyir ki, yarmarkaların bağlanması ilə bazarlarda ən çox kartof və soğanın qiymətində artım müşahidə olunur. Əgər yarmarkalarda kartofun qiyməti 70-80 qəpik olurdusa, indi bazarlarda kartofun qiyməti az qala iki manata çatır.

Ekspertlər də, bildirirlər ki, yarmarkaların bağlanması bazarlarda qiymət artımına səbəb olacaq. İqtisad Universitetinin kafedra müdiri, professor İrşad Kərimov bildirib ki, yarmarkaların bağlanması kənd təsərrüfatı məhsullarının təklifini azaldıb.

“Yarmarkalarda fermerlər məhsullarını alıcılara birbaşa çatdırırdırlar. Buna görə də, qiymətlər azı 20 faiz ucuz idi. Bazarlarda da məcbur olub məhsulları bir qədər ucuz satırdılar. Bazarlarda alverçilər məcbur olub alıcılarla sövdələşmələrə gedirdilər. İndi yarmarkalar yoxdur, alıcılar ancaq bazarlardan alış-veriş etməyə məcburdular. Bu səbəbdən də təklif azalıb, tələb çoxalıb. Bununla da, qiymətlərdə 17-20 faiz artım müşahidə olunur”, - deyə İrşad Kərimov bildirib.

Rəsmi qurumlar isə iddia edirlər ki, bazarlarda xüsusi reydlər keçiriləcək. Reydlər Bakı meriyası, Kənd Təsərrüfatı Nazirliyi və İqtisadi və Sənaye Nazirliy tərəfindən təşkil olunacaq. Lakin həmin reydlərin nəticəsinin yaxşı olacağı sual altındadır. Ümid edirik ki, həmin reydlərdən sonra bazarlardakı qiymət kəllə-çarxa qalxmaz. Çünki vaxtilə Kənd Təsərrüfatı Nazirliyinin bəh-bəhlə təqdim etdiyi “Yaşıl marketlər”in boş söhbət olduğu məlum oldu. Çünki həmin marketlər yalnız rənginə görə yaşıl oldular.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *