Rusiyanın sanksiyası yerli bazarlara divan qoydu » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Video

Rusiyanın sanksiyası yerli bazarlara divan qoydu – VİDEO

Rusiyanın sanksiyası yerli bazarlara divan qoydu


Rusiyanın Ukrayna siyasətindən sonra Avropa Birliyinin rəsmi Moskvaya tətbiq etdiyi sankisiyaların əvəzi olaraq ruslar da avropalıların məhsullarından imtina ediblər. Rusiya sözsüz ki, bu addımı atarkən, həm də Azərbaycan kimi qonşusuna güvənmişdi.

ANS TV-nin məlumatına görə, Xaçmaz fermerleri bu quraqlıqda min-bir əziyyətlə beçərdikləri pomidoru yerli bazarlardan çox xaricə aparmaqda maraqlıdırlar, səbəb isə sadədir.

Fermer Elşad Bədəlovun sözlərinə görə, "Məhsullumuzu Rusiyaya daşyırıq. Bakıya aparmaq sərf etmir. Çünki maşınlara artıq yük vurmağa qoymurlar, yollarda tərəzilər quraşdırılıb. Bazarlarda alvercilərə vermək məcburiyyətində qalırıq. Bakıda məhsulumuzu satmağa yer yoxdur”.

Bu problem demək olar ki, bütün bölgələri əhatə edir. Mövsüm olmasına baxmayaraq paytaxta yerli məhsullar az gətirilir. Nəticədə isə son bir ay ərzində əksər kənd təsərrüfatı mallarının qiyməti sürətlə artıb. Məsələn, ötən ilin müvafiq dövrü ilə müqayisədə hazırda bazarlarda kartofun bir kilosu 1, pomidor 2, xiyar 1, lobiya 2 AZN-ə, soğan 80 qəpiyə, badımcan isə 60 qəpiyə satılır. Meyvələrdən - alma, 1 AZN 50 qəpik, armud 2, şaftalı 2, üzümün qiyməti isə iki dəfə artaraq 3 AZN-dir. Qarpız iki dəfə artıq qiymətə 70 qəpiyə, yemiş isə 3 dəfə bahalaşma ilə 1 AZN 50 qəpiyə satılır. Bir sözlə, bazar bahalaşmadan od-tutub yanır.

“Mövsüm məhsullarını Rusiyaya aparırlar. Əvvəl pomidorun bir yeşiyini 15 AZN-ə alırdım, indi isə 22 AZN-ə alıram”, - deyə satıcı Bahadır qeyd edib.

“Bazarda hər şey od bahasınadır, əvvəl pomidoru 50 və ya 60 qəpiyə alırdım. İndi 1 AZN 20 qəpiyə alıram. Gəl indi dolan”, - deyə alıçı fikrini bildirib.

Bazarı təhlil edənlən isə düşünürlər ki, Rusiya bazarlarının üzümüzə açılmasından istifadə edənlər var. Qabaqlayıcı tədbir görülməsə, bazarlarda qiymətlərin payızda daha da bahalaşacağı qaçılmazdır. Yaxın günlərdə isə yerli məhsulların yerini isə xarici məhsullar tuta bilər.

Bazarlarda qiymətlərin kəskin artmasını Kənd Təsərrüfatı Nazirliyi də təsdiqləyir.

Kənd Təsərrüfatı Nazirliyinin aqrar islahatlar, kənd ərazilərinin və sahibkarlığın inkişafı şöbəsinin müdiri Firdovsi Fikrətzadə qeyd edir ki, "Fermerler üçün münbit şərait yaranmışdı, amma son bir həftə ərzində bazarlarda apardığımız monitorinqlər onu göstərir ki, bazarlarda qiymətlər sabitləşib. Bundan sonra bazarlarda baş verəcək dəyişiklik yalnız mövsümlə bağlı olacaq”.

Nazirliyin gücü indi yalnız ona çatır ki, yerli icra hakimiyyətlərinə müraciət edib, həftə sonu təşkil edilən yarmarkalara məhsul cəlb eləsin. Məhsulunu indi qiymətindən baha satan satıcı isə düşünməlidir ki, bu günün sabahı da var.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *