Rusiya Türkiyədən xahiş etdi - Sanksiyalar qaldırılır » AzNews.info -Xəbər portalı

Rusiya Türkiyədən xahiş etdi - Sanksiyalar qaldırılır

Rusiya Türkiyədən xahiş etdi - Sanksiyalar qaldırılır


Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarına tətbiq edilən sanksiyaları aradan qaldırmağa hazırdır.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Baytarlıq və Bitki Sağlamlığı Nəzarət Xidməti Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ilə Moskvada keçirilən görüşündə bəyan edib.

Rusiya tərəfi qeyd edir ki, Türkiyənin kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinə zəmanət veriləcəyi halda saksiyaların aradan qaldırılmasına təkrar baxılacaq.

"Rusiya kənd təsərrüfatı məhsullarında aşkar edilən zərərli həşəratlardan dolayı narahatdır və Türkiyədən Rusiya və Avrasiya İqtisadi Birliyinin norma və tələblərinə cavab verən məhsulların ixracını təmin edəcək tədbirlərin görülməsini xahiş edir. Bu məhsullara tətbiq edilən müvəqqəti sanksiyaların aradan qaldırılması nəzərdən keçiriləcək", - Rusiya tərəfinin məlumatında qeyd edilir.

Qeyd edək ki, Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Rusiya hökumətinin dəvəti ilə Moskvada danışıqlar aparır.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *