Vahid Ələkbərov: OPEK-in gələcəyi yoxdur
OPEK daxili siyasi mövqe müxtəlifliyi səbəbindən tənzimləyici funksiyanı yerinə yetirmək durumunda deyil və islahatlara ehtiyacı var.
Oxu.Az-ın məlumatına görə, bunu “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov Almaniyanın “Welt am Sonntag” qəzetinə müsahibəsində bildirib.
V. Ələkbərov deyib ki, OPEK-də mütləq islahatlar aparılmalıdır:
“OPEK üzv ölkələr arasında fəaliyyəti koordinasiya etmək üçün yeni rıçaqlar hazırlamalıdır. İndiki formada OPEK-in gələcəyi yoxdur, onun imkanları tükənib”.
Mənbə:> Oxu.Az