Azərbaycan neft hasilatını dondurmağa hazırdır
Doha sazişi “centlmen xarakteri” daşıyacaq.
Azərbaycan Dohada digər neft istehsal edən ölkələrlə saziş imzalamağa hazırdır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.
Azərbaycan ümid edir ki, saziş imzalandıqdan sonra 2016-cı ilin sonuna neftin qiyməti bir barelə görə 50 dollara çatacaq.
Qeyd edək ki, sənədin qaralamasında istehsalçı ölkələr hasilatın oktyabradək 2016-cı ilin yanvarına olan səviyyədə dondurulmasını təklif edirlər.
Doha sazişi “centlmen xarakteri” daşıyacaq, qaralamada hər hansı tənzimləmə mexanizmləri yer almayıb.
Mənbə:> Oxu.az