Azərbaycan OPEK ölkələrinin görüşünə dəvət almayıb
“Belə dəvət daxil olsa, Bakı ona baxmağa hazırdır”.
Azərbaycan OPEK-in üzv ölkələrinin və kartelə daxil olmayan neft istehsalçılarının mümkün görüşünə hələ dəvət almayıb.
Oxu.Az-ın xəbərinə görə, bunu Trend-ə Azərbayca Energetika Nazirliyindən deyiblər.
Nazirlikdən bildiriblər ki, əgər belə dəvət daxil olsa, Azərbaycan ona baxmağa hazırdır.
Xatırladaq ki, Venesuelanın neft naziri Euloxio del Pino daha əvvəl bildirmişdi ki, OPEK-in üzv ölkələri və kartelə daxil olmayan istehsalçı ölkələrin görüşü martın ortalarında keçirilə bilər.
Mənbə:> Oxu.Az