Natiq Əliyev: Neftin qiyməti yavaş-yavaş qalxacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Natiq Əliyev: Neftin qiyməti yavaş-yavaş qalxacaq

Natiq Əliyev: Neftin qiyməti yavaş-yavaş qalxacaq


Azərbaycan üçün neft qiyməti mühüm əhəmiyyət kəsb edir.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu IV Qlobal Bakı Forumu çərçivəsində təşkil edilən “Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri nədir?” mövzusunda paneldə Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

N.Əliyev bildirib ki, hazırda neftin qiyməti 4 dəfə düşüb və bu, neft hasil edən ölkələr üçün yaxşı hal deyil:

“Qiymətlərin çox yüksək olması isə istehlakçı ölkələr üçün yaxşı hal sayılmır. Həm istehsalçı, həm də istehlakçı ölkələr üçün neftin məqbul qiymətinin müəyyənləşməsini istəyirik. Neftin qiymətinin aşağı olması vəziyyəti çox davam edə bilməz.

Neftin qiymətinin düşməsi neft hasil edən ölkələrin neft ehtiyatları ilə bağlı kəşfiyyat, hasilat işlərinə mənfi təsir edir, bu da son nəticədə neft hasilatını azaldır.

Ona görə də bu vəziyyət uzun müddət davam edə bilməz. Neftin qiymətləri yavaş-yavaş artacaq. Müvafiq qiymət olmalıdır ki, həm neft hasil edən, həm də istehlakçı ölkələr üçün məqbul olsun, neft hasil edən ölkələr də əldə olunan gəlirlərdən neft hasilatının inkişafına pul qoya bilsin”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *