Səudiyyə nazirindən neftin qiyməti ilə bağlı PROQNOZ
Gələcəkdə neftin qiyməti artacaq, karbohidrogen ehtiyatlarını hasil edən ölkələr arasında əməkdaşlıq sayəsində dünya bazarında vəziyyət sabitləşəcək.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Səudiyyə Ərəbistanının neft naziri Əli ibn İbrahim ən-Nuaymi çıxış edib.
“Dünya neft bazarlarında sabitlik, qiymət artımı və böyük istehsalçılar arasında əməkdaşlıq baxımından gələcəyə nikbin baxıram”, - deyə, məmur bildirib.
Mənbə:> Oxu.Az