Azərbaycanlıya Dünya Bankında yüksək vəzifə verildi
Samir Suleymanov Dünya Bankının strateji başçısı təyin olunub.
AzNews.info-nun ANS PRESS-ə istinadən məlumatına görə, ilk dəfədir ki, azərbaycanlı Dünya Bankında belə yüksək vəzifəyə təyin olunur.
39 yaşlı Samir Suleymanov 1996-cı ildən Dünya Bankında çalışır. O, Corctaun Universitetinin məzunudur. 1993-cü ildə Vaşınqtona köçüb.
Daha əvvəl Suleymanov Dünya Bankının administrasiyasının daxili siyasət idarəsinin rəhbəri vəzifəsində çalışıb.
Evlidir, 3 övladı var.
Mənbə:> ANSPRESS