Azərbaycanlıya ABŞ-da ilk dəfə yüksək vəzifə verildi » AzNews.info -Xəbər portalı

Azərbaycanlıya ABŞ-da ilk dəfə yüksək vəzifə verildi – FOTO

Azərbaycanlıya ABŞ-da ilk dəfə yüksək vəzifə verildi


ABŞ-da yaşayan Qarabağ Fondunun təsisçisi Adil Bağırov Ohayo ştatının Deyton şəhər Təhsil Şurasının rəhbəri seçilib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Adil Bağırov hələ 2013-cü ildə Amerikanın ən önəmli dövlət vəzifələrindən hesab edilən Təhsil Şurasının yeddi üzvündən biri seçilmişdi. Bununla da, Birləşmiş Ştatlarda rəsmi vəzifəyə seçilən ilk Amerika azərbaycanlısı adını almışdı.
Qeyd edilir ki, Deyton Təhsil Şurasının 500 milyon dollarlıq illik büdcənin istifadə edilməsi və 14 min şagirdin oxuduğu dövlət məktəblərinə nəzarət etmək kimi səlahiyyəti var.

Türkiyə mətbuatının yazdığına görə, Azərbaycanın öndə gələn ailələrindən birində böyüyən Bağırov son illər siyasətə maraq salıb. İki uşaq atası olan həmyerlimiz Amerika Türk Şurasının keçmiş rəhbəri Sevin Elakdağ ilə evlidir.

Azərbaycanlıya ABŞ-da ilk dəfə yüksək vəzifə verildi

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *