Azərbaycan 63-cü yerə yüksəldi - Dünya Bankının hesabatı
Dünya Bankı tərəfindən ölkələrdə biznes mühitinin qiymətləndirilməsinə dair hər il Duinq biznes hesabatları hazırlanaraq dərc olunur.
ATV.az-ın məlumatına görə, hər il olduğu kimi dünya bankının ekspertləri tərəfindən gizli şəkildə Azərbaycan sahibkarları arasında sorğu keçirib. Sorğuya əsasən, Azərbaycan 2016-cı il hesabatında 17 pillə yüksəlib. Yəni ötən il 80-ci yerdə idisə, bu il 63-cü yerə yüksəlib.
Tədbir zamanı çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, həmçinin bildirib ki, Azərbaycanda yoxlamaların dayandırlması və biznesin inkişafı sahibkarlıq subyekti işini yaxşılaşdırmaqla böyük kömək olur: “Dünya Bankının ekspertləri müstəqil şəkildə görülən işlərlə bağlı öz rezidentlərindən sorğular əsasında məlumatlar əldə edir. Həyata keçirilən işlər real sektorun inkişafına, biznes mühitinin qurulmasına praktiki olaraq müsbət təsir edir.
Mənbə:> ATV.az