Dünya Bankının prezidenti: Gələn il “məyusluq ili” olacaq » AzNews.info -Xəbər portalı

Dünya Bankının prezidenti: Gələn il “məyusluq ili” olacaq

Dünya Bankının prezidenti: Gələn il “məyusluq ili” olacaq


Gələn il ümumilikdə dünya iqtisadiyyatı və o cümlədən də struktur islahatları aparmalı inkişafda olan ölkələr üçün “məyusluq ili” olacaq.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, belə bir rəylə Dünya Bankının prezidenti Cim Yen Kim Yaponiyanın aparıcı işgüzar qəzeti Nikkei-yə müsahibəsində bildirib.

“2016-cı il ümumilikdə qlobal iqtisadiyyat, lakin xüsusilə də inkişafda olan bazarlar üçün daha bir məyusluq ili olacaq. İnkişafda olan bazarlarda xeyli yavaş artım müşahidə olunur”, - deyə, o, bildirib.

“Qlobal kapital bazarları struktur islahatları aparan, siyasəti etibarlı şəkildə müzakirə edən və bunu etməyən ölkələri dəqiq fərqləndirə biləcəklər”, - DB prezidenti xəbərdarlıq edib.

“Xalis xammal ixracatçıları diqqətlərini əlavə dəyər üzərində daha çox cəmləşdirməlidirlər. Onlar sadəcə xammal tədarük etmək əvəzinə, emala cəlb olunmalıdırlar. Bir çox ölkələr öz iqtisadi artım mənbələrini şaxələndirməlidirlər.

Neft və qazın aşağı qiymətlərini nəzərə alaraq, pulları yanacaq hasilatına (sektorun inkişafına) xərclənməyi dayandırmağın əsl vaxtıdır”, - deyə, Cim Yen Kim əlavə edib.

Struktur islahatlarından danışan Dünya Bankının prezidenti uğurlu nümunə qismində Hindistan rəhbərliyinin siyasətini göstərib:

“Baş nazir Modi (Narendra Modi) bir neçə sürətli dəyişiklik edib. O, işgüzar mühiti tez bir zamanda yaxşılaşdırıb, mal və xidmətlərə vergilərə diqqət ayırıb, sərmayədarlara çox müsbət siqnallar ünvanlayıb”.

Dünya Bankının proqnozlarına görə, 2016-cı ildə iqtisadi artım templəri 3,3%, inkişafda olan ölkələr üçün 5,2%-dək artacaq. Lakin Nikkei yazır ki, gələn ilin yanvarında bu göstəricilərə azalma istiqamətində yenidən baxıla bilər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *