Balakən Aviasiya Mərkəzinin rəisi dünyasını dəyişdi
Dünən gecə Balakən Aviasiya Mərkəzinin rəisi polkovnik-leytenant Məhyəddin Süleymanov dünyasını dəyişib.
AzNews.info anspress-ə istinadən xəbər verir ki, M.Süleymanov təzyiqdən əziyyət çəkirdi.
Qeyd edək ki, Məhyəddin Süleymanov peşəkər zabit, hərbi pilot olub. Süleymanovun Azərbaycan Respublikasının Silahlı Qüvvələrində paraşütçuların hazırlanmasında müstəsna xidməti və rolu olub.
1984-cü ildə Saratov Təyyarəçilk Məktəbini bitirən Məhyəddin Süleymanov 1988-ci ildən Balakən Aviasiya Mərkəzində çalışıb. 9 min 238 saat uçuş keçirən Süleymanov aviasiya mərkəzinin əsas pilotu da özü olub.
Süleymanov Şəkinin Dəhnə kəndində doğulub. Polkovnik-leytenantın dörd övladı var idi. Allah rəhmət eləsin.
Mənbə:> ANSPRESS