"Azərbaycanda alman məskənləri" adlı turizm marşurutu üzrə layihənin əsas planı müzakirə olundu » AzNews.info -Xəbər portalı

"Azərbaycanda alman məskənləri" adlı turizm marşurutu üzrə layihənin əsas planı müzakirə olundu – FOTO

"Azərbaycanda alman məskənləri" adlı turizm marşurutu üzrə layihənin əsas planı müzakirə olundu


Turizm ölkə gəlirlərinin formalaşmasında nə qədər önəm daşıyırsa, mədəniyyətin, tarixi irsin təbliği və tanıdılmasında da bir o qədər vacib rol oynayır. Bu baxımdan ölkəmizdə də mühüm layihələr həyata keçirilir. AzNews.info xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi əsas tədbirlərdən biri də beynəlxalq mədəni və yerli turizm marşrutları vasitəsilə Azərbaycan turizminin dünya turizm bazarına inteqrasiyasını təmin etməkdir.

Martın 9-da Mədəniyyət və Turizm Nazirliyi, Almaniyanın ölkəmizdəki səfirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə "Azərbaycanda alman məskənləri” adlı turizm marşurutu üzrə layihənin əsas planı müzakirə olundu.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva və Nazim Səmədov, nazirliyin aidiyyatı qurumlarının əməkdaşları iştirak edirdi.

Layihənin baş meneceri Horst Kampman "Azərbaycanda alman məskənləri” turizm marşurutu üzrə həyata keçirilməsi nəzərdə tutulan işlərdən danışdı. Alman icmasının Azərbaycanda məskunlaşmasının 200 illik tarixi olduğunu qeyd edərək, bu illər ərzində bir sıra mədəni və tarixi binaların tikdiklərini qeyd etdi. Həyata keçiriləcək həmin turizm marşurutuna Gəncə şəhəri, Göygöl, Şəmkir, Gədəbəy və Tovuz rayonları daxil ediləcək. Layihə çərçivəsində həmçinin Gədəbəy rayonunda "Simens qardaşları" muzeyi, Göygöldə qədim alman evləri üslubunda hotel, regional muzey, Göygöldə yaşamış sonuncu alman Viktor Kleinin ev muzeyi, həmçinin Şəmkirdə alman irsi mərkəzinin yaradılması nəzərdə tutulur.

Tədbir "Azərbaycanda alman məskənləri” turizm marşurutu layihəsinin müzakirəsi ilə davam etdi. Qarşılıqlı maraq doğuran suallar cavablandırıldı.

"Azərbaycanda alman məskənləri" adlı turizm marşurutu üzrə layihənin əsas planı müzakirə olundu
"Azərbaycanda alman məskənləri" adlı turizm marşurutu üzrə layihənin əsas planı müzakirə olundu
"Azərbaycanda alman məskənləri" adlı turizm marşurutu üzrə layihənin əsas planı müzakirə olundu

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *