Azərbaycanda pullu yolların əsas şərtləri » AzNews.info -Xəbər portalı

Azərbaycanda pullu yolların əsas şərtləri

Azərbaycanda pullu yolların əsas şərtləri


Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Bakıda keçirilən biznes-forum çərçivəsində bəzi mövzularla bağlı açıqlama verib.

ANS-in məlumatına görə, macar nazirin açıqlamaları arasında diqqət çəkən fikirlərindən biri də “Azərbaycanda ödənişli yollar sisteminin inkişafında əməkdaşlıqla əlaqədardır”. P.Siyarto bildirib ki, Macarıstan Azərbaycanla ödənişli yollar sisteminin inkişafında əməkdaşlıq etməkdə maraqlıdır.

Macar nazirin “Azərbaycanda ödənişli yolların inkişafı” barədə fikirlərini şərh edən hüquqşünas Ərşad Hüseynov bildirib ki, ölkəmizdə də belə yolların tikilməsi qanunla mümkündür: “Bu müddəa özünü hal-hazırda qüvvədə olan “Avtomobil yolları haqqında qanun”da da göstərir. Həmin qanunda aydın şəkildə yazılıb ki, ölkə ərazisində pullu yollar yalnız onların pulsuz alternativi olduğu halda çəkilə bilər. Məsələn, Bakı-Şamaxı yolu o vaxt ödənişli yol ola bilər ki, onun alternativi olsun. Seçim üçün başqa yollar olmasa, həmin yolları ödənişli etmək olmaz”.

Hüquqşünas deyir ki, dünyanın çox ölkələrində belə yollardan istifadə edilir: “Bunun üçün külli miqdarda investitsiya lazımdır. Pullu yolların tikilməsində məqsəd vətəndaşlara zaman qazandırmaqdır. Çünki pulsuz olan yollarda, məsələn, böyük tıxaclar olduğu zaman sürücülər vaxt cəhətdən qənaət etmək üçün belə yollardan istifadə edirlər. Ancaq burada iki şərt var: “Pulsuz yol da ödənişli yollar kimi təmirli olmalıdır, ödənişli yol pulsuzdan maksimum 10% qısa ola bilər. Məsələn, Bakıdan Şamaxıya ödənişli yol 100 km-dirsə, ödənişsiz yol 110 km ola bilər. Daha uzun məsafə olması mümkün deyil. Qanunda olan bu maddə sui-istifadənin qarşısını almaq məqsədi daşıyır. Burada belə bir məqam da diqqətdən qaçmamalıdır ki, pullu yol varsa, ödənişsiz yol da nəzarət altında olmalıdır. Həmin yol da digəri kimi mütəmadi olaraq təmir edilməlidir”.

"Pulsuz yollar da ödənişli yollar kimi təmirli olmalıdır, ödənişli yol digərindən maksimum 10% qısa ola bilər".

Ə. Hüseynov bu layihənin Azərbaycanda gərçəkləşməsinin uzun müddət mümkün olmaya biləcəyini deyir: “Hazırda ölkəmizdə avtomobilləşmə səviyyəsi və əhalinin maddi vəziyyəti onların bu yollardan istifadəsinə imkan vermir. Belə layihələr çox baha başa gəlir. Qoyulan investisiyanın geri qazanılması da uzun vaxt alır. Ona görə də düşünürəm ki, bu layihə uzun vaxt alacaq”.

Qeyd edək ki, qonşu Rusiya, İran, Türkiyədə, eyni zamanda Avropada ödənişli yol və körpülərdən istifadə olunur. İstanbulda gün ərzində Bogaziçi və Fatih Sultan Mehmet körpüsündən 3 milyondan artıq nəqliyyat vasitəsi keçir. Hər il ödənişli yollardan Türkiyənin dövlət büdcəsinə 300 milyon dollar vəsait daxil olur.

Ödənişlərin aparılması Müstəqil Dövlətlər Birliyi (MDB-nin) bəzi ölkələrində müxtəlif cür həyata keçirilir. Rusiyada ödənişli yolların uzunluğu 933 kilometrdir. Qazaxıstanda isə paytaxt Astana ilə kurort şəhəri hesab edilən Şuçinsk arasında salınan 224 kilometr uzunluğunda olan yolu ödənişli ediblər. Və hər il bu yoldan 9,3 milyon dollar qazanmaq fikrindədirlər. Hazırda Qazaxıstanda iki yeni pullu yol inşa edilir. Belə yolların artırılması isə Qazaxıstanda yol infrastrukturunun yaxşılaşdırılması üçün nəzərdə tutulub. İranın Cənubi Azərbaycan bölgəsini Qəzvindən Tehranadək birləşdirən yol da pulludur.

Göründüyü kimi, dünya ölkələri hazırda pullu yol mexanizmindən istifadə edir və bunun hesabına hər il dövlətlərin büdcəsinə kifayət qədər maddi vəsait daxil olur. Ölkəmizdə də belə alternativ yolların tikilməsi müsbət hal olar. Ancaq bu zaman bir sıra məqamlar diqqətə alınmalıdır. Həmin məqamlar isə ondan ibarətdir ki, belə yollarda kəsismələr olmamalı və sürət limiti daha yüksək olmalıdır. Həmçinin bu yollar yaşayış yerlərindən kənardan keçməlidirlər. Belə olan halda, sürücülər yanacağa və zamana qənaət etmiş olacaqlar, dövlət büdcəsi isə külli miqdarda gəlir əldə edə biləcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *