Qusarın turizm mərkəzlərindən istifadə edənlərin sayı artıb » AzNews.info -Xəbər portalı

Qusarın turizm mərkəzlərindən istifadə edənlərin sayı artıb – VİDEO

Qusarın turizm mərkəzlərindən istifadə edənlərin sayı artıb


Azərbaycanın qış turizmindən istifadə edənlərin sayı artıb. 2015-ci ildə Qusarın turizm mərkəzlərindən istifadə edənlərin sayı ümumilikdə 100 min idisə, bu il 120 minə çatacağı gözlənilir.

Son 2 ayda Qusarın turizm xidmətlərindən 50 min turist istifadə edib. Hazırda bölgədə istirahət edən xarici turistlərin sayı 10%-dir. Uzaq ölkələrdən də Azərbaycana üz tutanların sayı artır. Yerli turistlər daha çox həftəsonu bölgələrə üz tutur. Elə bu səbəbdən də sıxlıq yaşanır. Turistlər əsasən xizəklərdən istifadə edirlər. Xizəkdən istifadə qaydalarını təlimçilər öyrədir. Bu turistlərin həm özünün, həm də ətrafdakıların xəsarət almasını əngəlləyir. Yüksəkliyi sevənlər isə kanatlardan çox istifadə edirlər. Qusar turizm mərkəzinə turistlərin əksəriyyəti turlar vasitəsiylə gəlir. Növbəti turun iştirakçıları jurnalistlər oldu. Mədəniyyət və Turizm Nazirliyi Qusara mediatur təşkil etdi.


Mənbə: TTV.az - Zümrüd İbrahimova
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *