Azərbaycanda daha 70 iş yeri açılır
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində 70 yeni iş yeri açılacaq.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransındaStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Arif Əşrəfov bildirib.
A. Əşrəfovun sözlərinə görə, yeni iş yerlərinin 40-ı regionlarda, 30-u isə Bakıda açılacaq:
“Bu iş yerlərinə cəlb olunan işçilərin maaşları çox yüksək olacaq. Regionlarda çalışanların əmək haqlarının təqribən 300 manat, Bakıda isə daha yüksək olacağı nəzərdə tutulub.
Bura sertifikatlaşdırma və kalibrləmə üzrə mütəxəssislər çalışacaq. Onlar test keçərək lisenziya alacaqlar. Yeni iş yerlərinin məqsədi “AzTest” qurumunun fəaliyyətini genişləndirməkdir”.
Mənbə:> APA