Azərbaycanda bu sahələrdə çalışanların maaşları artırıldı
Azərbaycan Prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin, sosial təminat müəssisələrində çalışan işçilərin və həmçinin mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, sərəncama əsasən, yuxarıda sadalanan sahələrdə çalışan şəxslərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılır.
Azərbaycanın Nazirlər Kabinetinə imzalanmış sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Mənbə:> Oxu.Az