ABŞ-ın iri neft şirkəti 13 ildə ilk dəfə zərər edib » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

ABŞ-ın iri neft şirkəti 13 ildə ilk dəfə zərər edib

ABŞ-ın iri neft şirkəti 13 ildə ilk dəfə zərər edib


ABŞ-ın iri neft şirkətlərindən olan “Chevron” 2002-ci ildən bu yana ilk dəfə zərər edib.

Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, şirkət buna səbəb kimi neftin qiymətlərində baş verən tənəzzülü göstərib.

Şirkət 2015-ci ilin 4-cü rübündə 588 milyon dollar zərər edib. Aksiyalarda hər səhmə görə 0,31 dollar zərər qeydə alınıb. 2014-cü ilin anoloji dövründə isə şirkət nominal olaraq, 3,5 milyard dollar və ya aksiyalarda hər səhmə görə 1,85 dollar mənfəət açıqlamışdı.

Bloombergin analtik qrupunun hesablamalarına görə isə 2015-ci ilin 4-cü rübündə aksiyalarda hər səhmə görə 0,47 dollar mənfəət proqnozlaşdırılıb.

İlin başlanğıcından isə şirkətin səhmləri 5% dəyər itirib.

Şirkətin CEO-su John Watson etdiyi açıqlamada “Neftin qiymətlərinin aşağı olduğu bir dövrdə, mənfəət və nağd pulun axınını artırmaq üçün təşəbbüs göstəririk” deyib.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *