Standard Chartered: Neft 75 dollaradək bahalaşacaq
Britaniyanın Standard Chartered bankı neftin 2016-cı ildə qiymətinin bir barel üçün 75 dollara qədər artacağını proqnozlaşdırır, MarketWatch məlumat yayıb.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bankın baş iqtisadçısı Marios Marazeftis bu çıxarışın təklif və tələbin dinamikasına əsaslandığını izah edib.
Marazeftis hesab edir ki, neft tədarükü 2016-cı ilin ikinci yarısında kəskin azala bilər. Hazırda bazarda neftin bolluğu gündə təxminən 1 milyon barelə əsaslanır.
Standard Chartered 2016-cı ilin dördüncü rübündə neftin bir barel üçün qiyməti 70-75 dollara qədər artacağını gözləyir.
Marazeftis qeyd edir ki, bankın proqnozu, gələcək tədarükü gündə 400 min barel kimi qiymətləndirilən İranın neft bazarına qayıtması da nəzərə alır.
Bununla yanaşı yanvar ayının 12-də Standard Chartered neftin qiymətinin ucuzlaşmasına dair daha pessimist proqnoz vermişdi. Həmin vaxt neftin bir barelinin qiymətinin 10 dollara qədər ucuzlaşa biləcəyini bəyan etmişdi.
Mənbə:> Oxu.Az