Rusiya MDB ölkələrini öz arxası ilə çəkib aparır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Rusiya MDB ölkələrini öz arxası ilə çəkib aparır

Rusiya MDB ölkələrini öz arxası ilə çəkib aparır


MDB ölkələrində iqtisadi fəallıq 2015-ci ildə kəskin zəifləyib. O cümlədən bu vəziyyətin yaranmasına ticarət şərtlərinin pisləşməsi, xarici maliyyənin az əlçatanlığı, yüksək səviyyədə qeyri-müəyyənlik kimi faktorlar təsir edib.

Rusiyada istehsalın zəifləməsi bütün postsovet məkanına mənfi təsir göstərib.

Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin “Dünyanın iqtisadi vəziyyəti və perspektivlər, 2016” adlı yeni hesabatında deyilir.

Sənəddə bildirilir ki, MDB ölkələri və Gürcüstanın birlikdə ÜDM-ı 2015-ci ildə təqribən 3% azalıb. Yaxın illərdə inkişafın bərpa ediləcəyi, lakin o qədər yüksək olmayacağı gözlənilir. Ehtimal edilir ki, ÜDM 2016-cı ildə təxminən 0,7%, 2017-ci ildə isə 1,8% artacaq.

Ekspertlər qeyd edir ki, Rusiyada işsizlik artıb. Böhran səviyyəsi yüksək olaraq qalır, bu isə rublun məzənnəsinin kəskin düşməsi ilə şərtlənib.

Hesabat müəllifləri düşünür ki, 2016-cı ildə Rusiya Federasiyasının iqtisadiyyatını durğunluq gözləyir, 2017-ci ildə isə 1,2%-lik artım müşahidə olunacaq.

Ekspertlərin fikrincə, nisbətən mülayim vəziyyət Qafqaz, Mərkəzi Asiya regionunda müşahidə olunur.

Belə ki, Azərbaycan, Türkmənistan və Özbəkistanda dövlət investisiya proqramları sayəsində 2015-ci ildə iqtisadi artım müşahidə olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *