Azərbaycanda iqtisadi inkişaf 0,8% təşkil edəcək
Dünya Bankı dünya iqtisadiyyatı üçün növbəti proqnozlarını açıqlayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, dünya iqtisadiyyatının 2016-cı ildə 2,9%, gələcəkdə isə 3,1% artacağı gözlənilir.
Bu, 2015-ci ilin iyun ayında proqnozlaşdırılandan müvafiq olaraq 0,4% və 0,1% azdır.
Dünya Bankı bu rəqəmləri Vaşinqtonda yanvarın 6-da “Qlobal iqtisadi perspektivlər” məruzəsində açıqlayıb, TASS məlumat yayıb.
Bankın hesabatına görə, 2016-2017-ci illərdə Avrozonada iqtisadi artım 2,7% və 2,4%, Böyük Britaniyada - 2,4% və 2,2%, ABŞ-da hər iki ildə 2,1% təşkil edəcək.
Dünya Bankının proqnozuna əsasən, Azərbaycanda 2016-cı ildə iqtisadi artım 0,8%, 2017-ci ildə isə 1,2 təşkil edəcək.
Mənbə:> Oxu.Az