Dünya Bankı Azərbaycanı Almaniya və Fransadan önə çəkdi
Dünya Bankı və PwC Beynəlxalq Auditor Şirkəti noyabrın 23-də «Paying Taxes 2016» renkinqini açıqlayıb.
"Turan" bildirir ki, ona əsasən, Azərbaycan vergi ödənişinin asanlığına görə 189 ölkə arasında 34-cü yerdədir.
Renkinqə görə, Azərbaycanda ümumi vergi yükü sahibkarların xərclərinin 39,8%-ni təşkil edir, vergi ödəmək üçün tələb olunan vaxt 195 gündür. Sahibkarlar 7 növ vergi ödəyir.
DB və PwC versiyasına görə, Azərbaycan vergi ödənişinin asanlığına görə Fransa (87-ci yer), Almaniya (72), Yunanıstan (66) və s. kimi ölkələri qabaqlayır. İtaliya (137) və Yaponiya (121) vergi ödəyiciləri üçün əlverişli sayılmır.
Mənbə:> Turan