Vergi borcu olanların ölkədən getməsi məhdudlaşdırıla bilər » AzNews.info -Xəbər portalı

Vergi borcu olanların ölkədən getməsi məhdudlaşdırıla bilər

Vergi borcu olanların ölkədən getməsi məhdudlaşdırıla bilər


Azərbaycanda bundan sonra vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında borclunun ölkədən getmək hüququ məhdudlaşdırıla bilər.

Bu məsələ ilə bağlı “İcra haqqında” qanuna dəyişikliklər edilir.

Hazırda məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Yeni dəyişikliklərə əsasən isə bundan sonra bu məhdudlaşdırma məhkəmə qərarları ilə yanaşı, vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında da həyata keçirilə bilər.

Qanunvericiliyə edilməsi nəzərdə tutulan yeni dəyişikliyə əsasən, istər Azərbaycan vətəndaşı, istərsə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vergi borcları olduğu zaman vergi orqanlarının müraciətlərinə əsasən məhkəmə qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Dəyişiklikdə məqsəd vergi borclarının alınması mexanizmlərinin təkmilləşdirilməsi və vergi inzibatçılığının səmərəliliyinin artırılmasıdır.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *