İsveçrənin valyutası dolları keçdi, 23 milyard itirdi
2015-ci ildə yerli valyutanın dollara nisbətdə güclənməsi ucbatından İsveçrə Mərkəzi Bankı 23 milyard dollar itirib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı İsveçrə Mərkəzi Bankı yayıb.
Qeyd edək ki, İsveçrənin milli valyutası frankdır. Rəsmi Bern sonuncu dəfə 2010-cu ildə rekord həcmdə itkiyə məruz qalıb. Həmin il Yunanıstanın borclarının restrukturizasiyası Mərkəzi Banka 20,8 milyard franka başa gəlib.
Mənbə:> Axar.az